"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 215 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 192 min manat mənfəətlə çıxmışdı.
"Far.Az" xəbər verir ki, ötən il "Regional"ın vergiyəqədərki mənfəəti 269 min manat (illik müqayisədə 40,1 % çox), mənfəət vergisi ödəmələri isə 54 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Regional"ın aktivləri 6,588 milyon manat olub ki, bu da illik müqayisədə 41,9 % çoxdur. Bunun 4,834 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,1 % böyüyüb.
Hesabat dövründə "Regional"ın öhdəlikləri 14 % artaraq 4,709 milyon manata çatıb, balans kapitalı 3,7 dəfə artaraq 1,879 min manata, nizamnamə kapitalı isə 3,2 dəfə artaraq 1,6 milyon manata çatıb.
Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













