Azərbaycan Basketbol Liqası: I turda bu gün daha iki görüş baş tutacaq
Far.Az xəbər saytı

Azərbaycan Basketbol Liqası: I turda bu gün daha iki görüş baş tutacaq


Azərbaycan Basketbol Liqasında cari mövsümün ilk turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

"Report"un məlumatına görə, əvvəlcə NTD və "Abşeron" komandaları üz-üzə gələcək.

Bölgə təmsilçiləri Bakı İdman Sarayında görüşəcək. Matç saat 12:30-da başlayacaq. Digər qarşılaşma isə "Lənkəran" və "Gəncə" arasında olacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Hər iki oyun A qrupunda baş tutacaq.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Millətlər Liqası: IV tura bu gün yekun vurulacaq
NTD-nin baş məşqçisi: "Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər