Şumaxerin bolidi hərraca çıxarılıb
Far.Az xəbər saytı

Şumaxerin bolidi hərraca çıxarılıb


"Ferrari" komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin dünya çempionatının son mövsümündə idarə etdiyi bolid (yarış avtomobili) hərraca çıxarılıb.

“Far.Az” xəbər verir ki, bu barədə “The Mirror” qəzeti məlumat yayıb.

Bolidin 15 milyon ABŞ dollarına satıla biləcəyi gözlənilir. Şumaxer bu avtomobillə 2006-cı ildə yarışıb və beş yarışı qazanıb. Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək.

Qeyd edək ki, 55 yaşlı Şumaxer “Formula 1” üzrə çempionluq rekordunun həmsahibidir: o və britaniyalı Lyuis Hemilton 7 dəfə çempionluq yaşayıblar. Ümumi yarış qələbələrinin sayına görə isə Şumaxer (91) yalnız Hemiltondan (105) geri qalaraq ikinci yerdədir. Almaniyalı pilot 1996-2006-cı illərdə “Ferrari”nin şərəfini qoruyub və komanda ilə 5 titul qazanıb.

Oxşar xəbərlər

"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib - YENİLƏNİB - 5
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: "McLaren" pilotu liderliyi ələ keçirib - YENİLƏNİB - 2
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər