İsa Atayev: "Avropa çempionatındakı növbəti oyunlarda da qələbə qazanmağı hədəfləyirik"
Far.Az xəbər saytı

İsa Atayev: "Avropa çempionatındakı növbəti oyunlarda da qələbə qazanmağı hədəfləyirik"


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının növbəti oyunlarında da qələbə qazanmağı hədəfləyir.

"Far.Az"un Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə komandanın üzvü İsa Atayev jurnalistlərə açıqlamasında bildirib.

Oyunçu Avstriyaya qalib gəldikləri (1:0) matçla bağlı fikirlərini bölüşüb:

"Növbəti oyunlarda da qələbə qazanmağı hədəfləyirik. Xalqımızı sevindirmək istəyirik. İlk qarşılaşmanın ağır keçəcəyini gözləyirdik. Birinci matçlar həmişə çətin alınır".

İ.Atayevin sözlərinə görə belə turnirlərdə heç vaxt zəif komanda olmur:

"Bütün kollektivlər sonadək mübarizə aparırlar. Son dünya çempionuyuq. Bu səbəbdən hər komanra bizə qarşı fərqli oyun sərgiləyir. Meydana da bir az öyrəşməmişdik. İlk görüş olduğu üçün ağır alındı".

Xatırladaq ki, Azərbaycanın minifutbol millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Milli komandamızın atleti Slovakiyada keçirilən Avropa çempionatında medallar qazanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər