Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik"
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazansa da, qrupu lider kimi bitirmək istəyir.
"Far.Az"un Bratislavaya ezam olunan əməkdaşının məlumatına görə, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis İtaliyaya 3:0 hesabı ilə qalib gəldikləri F qrupunun ikinci matçı ilə bağlı fikirlərini bölüşüb:
"Gözəl oyun alındı. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna daha yaxşı oluruq. Belə davam etmək niyyətindəyik. Rəqib yaxşı kollektivdir. Lakin sürəti artıran kimi üstünlüyümüzü artıra bildik".
O, III turdakı qarşılaşmaya da toxunub:
"Fransa yaxşı yığmadır. Daha əvvəl onlara qarşı oynamışıq. İnanıram ki, həmin qarşılaşmada da özümüzü göstərə biləcəyik. Qrup lideri olmaq niyyətindəyik. Növbəti mərhələyə vəsiqə qazanmışıq, amma qrupu daha yaxşı nəticə ilə bitirə bilərik".
Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Milli komandamızın atleti Slovakiyada keçirilən Avropa çempionatında medallar qazanıb
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













