Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər?
Müasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib.
Belə ki, uşaqlar sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur və müxtəlif məlumatlar əldə edirlər.
Lakin bütün bunlarla yanaşı, sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr də yaradır.
Bəs sosial şəbəkələrin təhlükəli tərəflərindən uşaqları necə qorumalıyıq?
Qeyd edək ki, bir çox sosial şəbəkələrdə istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq olunur.
Far.Az xəbər verir ki, kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadənin Azad Azərbaycan Televiziyasına (ATV) dediyinə görə, uşaqlar sosial şəbəkələrdəki oyunlar və müxtəlif platformalar vasitəsilə tanış olduqları şəxslərlə bəzən şəxsi məlumatlarını paylaşır, hətta onlara şəkillərini göndərirlər.
"Bu məlumatlar sonradan şantaj və təhdid vasitəsi kimi istifadə oluna bilər", - deyə ekspert vurğulayıb.
Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, internet resurslarında aqressiv məzmunlu oyunlar geniş yayılıb və bunlar uşaqların davranışına mənfi təsir göstərir.
"Yeniyetmələr arasında baş verən cinayət hadisələrinin səbəblərini araşdırarkən onların bir qisminin aqressiv və zərərli məzmunun təsiri altında olduğu üzə çıxır", - deyə sosioloq bildirib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













