İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri
Far.Az xəbər saytı

İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri


Yay mövsümünün yaxınlaşması ilə tur paketlərinə maraq artsa da, qiymətlər əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb.

Turizm şirkətlərindən verilən məlumata görə, dünyada baş verən son proseslər bazara ciddi təsir göstərib. Eyni zamanda bəzi istiqamətlər üzrə turist sayının azalması da qiymətlərin artmasını şərtləndirən amillərdəndir.

Turizm eksperti Ruslan Quliyev Baku TV-yə bildirib ki, Hörmüz boğazında yaşanan böhran enerji daşıyıcılarının qiymətinə kəskin təsir göstərib: "Bu isə qitələrarası aviadaşımalarda tur paketlərinin maya dəyərinin artmasına səbəb olan əsas risk faktorudur. Mövcud vəziyyət paketlərin bahalaşması və turist axınının kəskin azalması ilə nəticələnib.

Aparılan hesablamalar göstərir ki, neft və digər enerji daşıyıcılarının qiyməti yüksəlməkdə davam edərsə, bəzi aşağı büdcəli aviaşirkətlər 2030-cu ilə qədər yaxınməsafəli reysləri təxirə salmağı nəzərdən keçirir".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər