"Finans Kredit" BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb
"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 133 min manat xalis mənfəətlə başa vurub.
"Far.Az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 34,5 % azdır.
Ötən il "Finans Kredit"in vergiyəqədərki mənfəəti 166 min manat (əvvəlki ilə nisbətən 34,6 % az), mənfəət vergisi ödəmələri isə 33 min manat (35,3 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Finans Kredit"in aktivləri 2,773 milyon manat olub ki, bu da illik müqayisədə 20,1 % azdır. Bunun 2,521 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,3 % kiçilib.
Hesabat dövründə "Finans Kredit"in öhdəlikləri 34,4 % azalaraq 1,584 milyon manata düşüb, balans kapitalı isə 12,6 % artaraq 1,189 milyon manata, o cümlədən nizamnamə kapitalı 64,6 % artaraq 1,055 milyon manata çatıb.
Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-un təsisçisi Rəmiyəddin Məmmədovdur.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir













