Fransanın iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub
Far.Az xəbər saytı

Fransanın iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub


Parislə yanaşı, Fransanın digər iri şəhərlərindəki müvəqqəti saxlama kameraları son kütləvi nümayişlərdən sonra tamamilə dolub.

"Far.Az" BFMTV telekanalına istinadən xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen bildirib.

"Bütün müvəqqəti saxlama kameraları, yəni saxlanılan şəxslərin məhkəməni gözləyərkən polis nəzarəti altında qaldığı yerlər tamamilə dolub. Analoji vəziyyət Paris, Lill, Marsel, Bordo və Tuluza şəhərlərində də müşahidə olunur", - nazir bildirib.

Darmanenin sözlərinə görə, artıq 917 nəfər barəsində cinayət təqibinə başlanılıb.

Eyni zamanda, Ədliyyə Nazirliyinin rəhbəri öz qurumunun və Fransa Daxili İşlər Nazirliyinin fəaliyyətinin səmərəliliyini yüksək qiymətləndirib.

Oxşar xəbərlər

Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 917 nəfər təxliyə olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər