Messinin het-triki və Suaresin dublu “İnter Mayami”yə böyükhesablı qələbə qazandırıb
Far.Az xəbər saytı

Messinin het-triki və Suaresin dublu “İnter Mayami”yə böyükhesablı qələbə qazandırıb


ABŞ və Kanada komandalarının təmsil olunduğu Baş Futbol Liqasının (MLS) matçında “İnter Mayami” öz meydanında “Nyu-İnqlend Revolüşn”ı darmadağın edib.

“Far.Az” xəbər verir ki, matçda ümumilikdə səkkiz qol vurulub.

Qalib komandanın heyətində argentinalı Lionel Messi het-trikə, uruqvaylı Luis Suares isə dubla imza atıb, amerikalı gənc yarımmüdafiəçi Bencamin Kremaski isə bir qolla fərqlənib. Eyni zamanda Messi və Suares müvafiq olaraq bir və iki məhsuldar ötürmə ilə yadda qalıblar.

Qonaqların heyətində isə Luka Lanqoni və Dilan Borrero qol vurublar. Qonaqların 40-cı dəqiqəyədək davam edən iki top fərqi ilə üstünlüyünə baxmayaraq, artıq 89-cu dəqiqədə tablodakı hesab 6:2 olaraq dəyişib.

Qeyd edək ki, bu, “İnter Mayami”nin MLS-in müntəzəm çempionatında son oyunu olub, burada komanda vaxtından əvvəl çempion olaraq pley-offa vəsiqə qazanıb.

Oxşar xəbərlər

SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.08.2024)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər