Sevinc Orucova: Türkiyəli şəhid ailələrinin üzvləri Qarabağın qəhrəmanlıq dastanı ilə tanış oldular
Far.Az xəbər saytı

Sevinc Orucova: Türkiyəli şəhid ailələrinin üzvləri Qarabağın qəhrəmanlıq dastanı ilə tanış oldular


Türkiyədən gələn şəhid ailələrinin üzvləri Qarabağda yazılan qəhrəmanlıq dastanları və orada son beş ildə görülən işlərlə tanış oldular.

Bunu "Far.Az"un Qarabağ bürosuna açıqlamasında "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova deyib.

O, "Qardaşlıq Körpüsü" adlı layihə çərçivəsində Türkiyənin İstanbul şəhərindən gələn şəhid ailələri üzvlərinin iştirakı ilə Ağdamda konfrans keçirildiyini vurğulayıb:

"Layihədə İstanbuldan gələn 25 şəhid ailəsinin üzvləri iştirak edirlər. İki gündür ki, bölgədə olan türkiyə şəhid ailəsi üzvlərinə Qarabağımızın hər qarışında yazılan qəhrəmanlıq dastanları barədə məlumat verilir. Qeyd edim ki, artıq iki ildir, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Türkiyənin Ailə, Sosial Xidmətlər Nazirliyinin tərəfdaşlığı ilə İstanbuldan olan şəhid ailələri üzvlərinin Qarabağa səfəri təşkil olunur".

S.Orucovanın sözlərinə görə, qeyd olunan layihə çərçivəsində daha əvvəl Ankara, həmçinin Şimali Kiprdən olan şəhid ailələrinin üzvləri də Qarabağı ziyarət ediblər:

"Türkiyədən gələn qonaqlara bizim Çanaqqalamız olan Ağdamda yazılan qəhrəmanlıq dastanlarından bəhs etdik, onlara vaxtilə işğala məruz qalan torpaqlarımızdakı erməni vandallığının izlərini göstərdik. O cümlədən, qonaqlarımız işğaldan azad edilən ərazilərimizdə son beş ildə görülən quruculuq işləri ilə də yaxından tanış oldular. Azərbaycan və Türkiyədən olan şəhid ailələri arasında qurulan ünsiyyət mənəvi bağılarımızı daha da möhkəmləndirir".

QHT sözügedən layihə əsasında təşkil olunan tədbirlərin önəmindən də də danışıb:

"Layihəmizin əsas məqsədi Ağdam və Tərtərdən olan şəhid valideynləri və Türkiyədən olan şəhid ailələrini üzvləri arasında dostluq münasibətlərinin qurulmasına dəstək olmaqdır. Bundan başqa, həyata keçirilən bu layihə Türkiyədə Qarabağ həqiqətlərinin təbliği və iki qardaş xalqın ortaq tarixinin öyrənilməsinə töhfə verir".

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər