Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Far.Az xəbər saytı

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü


Abşeronda kişi sevgilisini döyüb.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə irad bildirməsi olub.

Bu irad kişinin xoşuna gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Murad qadının baş, qol, boyun və sifət nahiyələrinə ardıcıl zərbələr vurub.

Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını deyib. Zərərçəkən qadın da, həmçinin Muradı bağışladığını və ona qarşı şikayətçi olmadığını bildirib.

Məhkəmə cinayət işinə xitam verib və M.Şükürov məsuliyyətdən azad olunub.

Oxşar xəbərlər

Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər