"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Far.Az xəbər saytı

"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək


"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.

Far.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Riyeka" klubunun kapitanı Martin Zlomisliçin transferini demək olar ki, yekunlaşdırıb.

Bosniya və Herseqovina millisinin üzvü olan qolkiperin keçidi ilə bağlı tərəflər arasında əsas razılıq əldə olunub. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Bildirilir ki, bu keçiddən "Riyeka" təxminən 500 min avro gəlir əldə edəcək.

27 yaşılı qapıçı komandası ilə bütün turnirlərdə keçirdiyi 53 oyunda 58 qol buraxıb, 19 görüşdə qapısını toxunulmaz saxlayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Yurdumuza bahar gəlir!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər