Yaşayış evləri, əkin sahələri və iri tikinti əraziləri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Azərbaycanın müxtəlif rayonlarında yerləşən bələdiyyə torpaqları üzrə 8 iyul 2026-cı il tarixində hərraclar keçiriləcək.
Far.Az-in məlumatına görə, hərraca həm fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan torpaq sahələri, həm də kənd təsərrüfatı və çoxmənzilli yaşayış binalarının inşası üçün ayrılmış ərazilər çıxarılıb.
Ən diqqətçəkən lotlardan biri Qusar rayonunun Qayakənd kəndində yerləşən 6680 kvadratmetrlik torpaq sahəsidir. Çoxmənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi üçün nəzərdə tutulan ərazi 601 min 334 manat ilkin qiymətlə satışa çıxarılıb. Bu, siyahıdakı ən bahalı torpaq sahəsi hesab olunur.
Siyəzən rayonunun Məşrif kəndində isə fərdi yaşayış evlərinin tikintisi məqsədilə iki torpaq sahəsi satışa çıxarılıb. Onlardan biri 1000 kvadratmetr sahəyə malikdir və 25 min manat ilkin qiymətlə təklif olunur. Digər 585 kvadratmetrlik torpaq sahəsinin başlanğıc qiyməti isə 14 min 625 manatdır.
Hərracda kənd təsərrüfatı təyinatlı torpaqlar üstünlük təşkil edir. Ən böyük sahə Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən 60 hektarlıq örüş sahəsidir. Heyvandarlıq məqsədilə 15 illik icarəyə veriləcək torpaq üçün illik icarə haqqı 2640 manat müəyyən edilib.
Bundan başqa, Sabirabad, Lənkəran, Ağstafa, Şabran, Quba və Balakən rayonlarında da müxtəlif ölçülü əkin, örüş və çoxillik əkmələr üçün nəzərdə tutulmuş torpaq sahələri 15 il müddətinə icarəyə çıxarılıb.
Torpaq müsabiqələrinin və hərracların siyahısı
| Torpağı hərraca çıxaran qurum | Müsabiqə və ya hərrac | Keçirildiyi yer və əlaqə telefonu | Torpaq sahəsi ilə tanışlıq yeri və tarixi | Sahəsi və statusu | Normativ qiymət / aşağı hədd (AZN) | İlkin qiymət / illik icarə haqqı (AZN) | Məqsəd |
|---|
| Siyəzən rayonu Yenikənd Bələdiyyəsi (Məşrif kəndi) | Hərrac | ƏMDX Sumqayıt ərazi şöbəsi, Tel: (018) 654 47 97 | 7 iyul 2026-dək Sumqayıt ərazi şöbəsi | 1000 kv.m, satılır | 110,00 | 25 000,00 | Fərdi yaşayış evi |
| Siyəzən rayonu Yenikənd Bələdiyyəsi (Məşrif kəndi) | Hərrac | ƏMDX Sumqayıt ərazi şöbəsi, Tel: (018) 654 47 97 | 7 iyul 2026-dək Sumqayıt ərazi şöbəsi | 585 kv.m, satılır | 64,00 | 14 625,00 | Fərdi yaşayış evi |
| Siyəzən rayonu Həmyə Bələdiyyəsi (Böyük Həmyə kəndi) | Hərrac | ƏMDX Sumqayıt ərazi şöbəsi, Tel: (018) 654 47 97 | 7 iyul 2026-dək Sumqayıt ərazi şöbəsi | 60 ha, 15 illik icarə | 4,80 | 2 640,00 | Heyvandarlıq |
| Sabirabad rayonu Nizami Bələdiyyəsi (Rüstəmli kəndi) | Hərrac | ƏMDX Şirvan ərazi şöbəsi, Tel: (021) 215 27 96 | 7 iyul 2026-dək Şirvan ərazi şöbəsi | 1.77 ha, 15 illik icarə | 2,00 | 265,00 | Heyvandarlıq |
| Sabirabad rayonu Nizami Bələdiyyəsi (Qardaşkənd kəndi) | Hərrac | ƏMDX Şirvan ərazi şöbəsi, Tel: (021) 215 27 96 | 7 iyul 2026-dək Şirvan ərazi şöbəsi | 2.19 ha, 15 illik icarə | 2,60 | 328,00 | Heyvandarlıq |
| Lənkəran rayonu Boladi Bələdiyyəsi (Boladi kəndi) | Hərrac | ƏMDX Lənkəran ərazi şöbəsi, Tel: (025) 255 15 13 | 7 iyul 2026-dək Lənkəran ərazi şöbəsi | 1.3 ha, 15 illik icarə | 182,52 | 300,00 | Kənd təsərrüfatı məhsullarının istehsalı |
| Ağstafa rayonu Poylu Bələdiyyəsi (Poylu kəndi) | Hərrac | ƏMDX Qazax ərazi şöbəsi, Tel: (022) 315 43 19 | 7 iyul 2026-dək Qazax ərazi şöbəsi | 1.4 ha, 15 illik icarə | 10,34 | 168,00 | Kənd təsərrüfatı məhsullarının istehsalı |
| Ağstafa rayonu Poylu Bələdiyyəsi (Poylu kəndi) | Hərrac | ƏMDX Qazax ərazi şöbəsi, Tel: (022) 315 43 19 | 7 iyul 2026-dək Qazax ərazi şöbəsi | 5000 kv.m, 15 illik icarə | 2,92 | 50,00 | Kənd təsərrüfatı məhsullarının istehsalı |
| Ağstafa rayonu Poylu Bələdiyyəsi (Poylu kəndi) | Hərrac | ƏMDX Qazax ərazi şöbəsi, Tel: (022) 315 43 19 | 7 iyul 2026-dək Qazax ərazi şöbəsi | 1 ha, 15 illik icarə | 9,59 | 100,00 | Kənd təsərrüfatı məhsullarının istehsalı |
| Şabran rayonu Gəndov Bələdiyyəsi (Gəndov kəndi) | Hərrac | ƏMDX Xaçmaz ərazi şöbəsi, Tel: (023) 325 39 72 | 7 iyul 2026-dək Xaçmaz ərazi şöbəsi | 5 ha, 15 illik icarə | 72,60 | 750,00 | Kənd təsərrüfatı məhsullarının istehsalı |
| Qusar rayonu Qusar Bələdiyyəsi (Qayakənd kəndi) | Hərrac | ƏMDX Xaçmaz ərazi şöbəsi, Tel: (023) 325 39 72 | 7 iyul 2026-dək Xaçmaz ərazi şöbəsi | 6680 kv.m, satılır | 426,72 | 601 334,00 | Çoxmənzilli yaşayış binasının tikintisi |
| Quba rayonu Çiçi-Zərqava Bələdiyyəsi (Səbətlər kəndi) | Hərrac | ƏMDX Xaçmaz ərazi şöbəsi, Tel: (023) 325 39 72 | 7 iyul 2026-dək Xaçmaz ərazi şöbəsi | 1 ha, 15 illik icarə | 10,68 | 165,00 | Kənd təsərrüfatı məhsullarının istehsalı |
| Balakən rayonu Hənifə Bələdiyyəsi (Göyəmtala kəndi) | Hərrac | ƏMDX Şəki ərazi şöbəsi, Tel: 024-244-26-10 | 7 iyul 2026-dək Şəki ərazi şöbəsi | 1.5 ha, 15 illik icarə | 9,00 | 397,50 | Kənd təsərrüfatı məhsullarının istehsalı |
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













