Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
Far.Az xəbər saytı

Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb


Türkiyə keçmiş xarici işlər naziri, hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi vəzifəsini icra edən səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsinə namizədliyi üçün rəsmi müraciət edib.

"Report" xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Ahmet Yıldız Anadolu Agentliyinə açıqlamasında deyib.

O, namizədliklə bağlı məktubu BMT Baş Assambleyasının sədrinə təqdim etdiklərini bildirib.

Səfir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsi üçün tələb olunan keyfiyyətlərini, bacarıqlarını, beynəlxalq təcrübəsini və ona olan etimadını nəzərə alaraq namizədliyinin irəli sürülməsini məqsədəuyğun hesab edib.

Ahmet Yıldız bildirib ki, BMT-nin baş katibi vəzifəsi uğrunda mübarizədə hələlik razılaşdırılmış namizədin olmaması səbəbindən Türkiyə təşkilatın işini asanlaşdırmaq məqsədilə Sinirlioğlunun namizədliyini irəli sürüb.

O, bununla yanaşı, seçkilərdə namizədin Latın Amerikası və Karib hövzəsi regionundan olması ilə bağlı ənənəyə də hörmət etdiklərini və bu səbəbdən indiyədək gözlədiklərini vurğulayıb.

Səfir əlavə edib ki, namizədlik müraciətinə Sinirlioğlunun tərcümeyi-halı və baxışlarını əks etdirən sənəd də əlavə olunub.

Qeyd edək ki, Feridun Sinirlioğlu 2015-ci ilin avqust-noyabr aylarında Türkiyənin xarici işlər naziri, 2016–2023-cü illərdə isə ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb. Hazırda o, ATƏT-in baş katibidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər