"Şəfa" yay transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib
Far.Az xəbər saytı

"Şəfa" yay transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib


"Şəfa" 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən R.Hüseynli son olaraq "Kəpəz"in formasını geyinib.

O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Qarabağ"ın yetirməsi olan oyunçu karyerası ərzində "Zirə", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər