AFFA rəhbərliyi UEFA-nın texniki inkişaf üzrə məsləhətçisi Frank Ludolf ilə görüşüb
Far.Az xəbər saytı

AFFA rəhbərliyi UEFA-nın texniki inkişaf üzrə məsləhətçisi Frank Ludolf ilə görüşüb


AFFA-nın rəhbərliyi, məşqçilik təhsili şöbəsi, futbolun inkişafı və qadın futbolu üzrə əməkdaşları UEFA-nın texniki inkişaf üzrə məsləhətçisi Frank Ludolf ilə görüşüblər.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Azərbaycanda futbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, məşqçilərin kütləvi və peşəkar səviyyədə inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Frank Ludolf tərəfindən UEFA-nın futbolun kütləviliyinin artırılması istiqamətində məşqçi inkişafı sahəsində əsas trendləri və gələcək vizyonu barədə fikirlər səsləndirilib.

Müzakirələrdə regionlarda məşqçilərin və məşqçi təlimçilərinin sayının artırılması, məşqçilər üçün davamlı peşəkar inkişaf imkanlarının yaradılması, həmçinin rəqəmsallaşmadan tədris və öyrənmə prosesində səmərəli istifadə kimi məsələlərə toxunulub.

Görüş çərçivəsində məşqçilik təhsili sisteminin daha da təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yerli futbol mühitinə uyğun tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycanda qan banklarının siyahısı yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər