Ayxan Abbasov: "Əsas problemimiz qol vəziyyətlərindən yararlana bilməməyimiz oldu"
Far.Az xəbər saytı

Ayxan Abbasov: "Əsas problemimiz qol vəziyyətlərindən yararlana bilməməyimiz oldu"


Azərbaycan milli komandasının Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda San Marino ilə yoldaşlıq görüşündə (2:1) əsas problemi qol vəziyyətlərindən lazımi səviyyədə yararlana bilməməsi olub.

"Far.Az"un məlumatına görə, bunu baş məşqçi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bütün oyunçuları meydanda görməyə çalışdığı üçün heyətdə dəyişikliklər etdiyini bildirib:

"Futbolçulara təşəkkür edirəm. Malta ilə görüşdəki məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik. Millətlər Liqası öncəsi son təlim-məşq toplanışımız olduğundan, bütün oyunçuları meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur, bu səbəbdən heyətdə dəyişikliklər etdik. Malta ilə matçda olduğu kimi, əsas problemimiz yenə qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, ardıcıl hücumlar qururduq. Həm futbolçular, həm də biz qələbə qazanmaq istəyirdik və buna nail olduğumuz üçün sevinirik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər