Rəşad Eyubov: "Bəhreyn və Qırğızıstanla yoxlama oyunları komanda üçün faydalı oldu"
Bəhreyn və Qırğızıstana qarşı keçirilən yoxlama oyunları Azərbaycanın U-21 millisi üçün faydalı olub.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Eyubov sosial şəbəkə hesabında yazıb.
Mütəxəssis Türkiyədəki təlim-məşq toplanışında baş tutan matçlarda yeni ideyaları və oyunçu kombinasiyalarını sınadıqlarını bildirib:
"Yeddi yeni futbolçu şans qazandı və inanıram ki, gələcəkdə komandada rəqabəti daha da artıracaqlar. Sentyabrda bizi üç həlledici oyun gözləyir. Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi. İndi əsas məqsəd bu məlumatları düzgün təhlil edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır. Mən hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram".
Xatırladaq ki, Bəhreyni üç cavabsız qolla üstələyən U-21 Qırğızıstana 1:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













