"Şəfa" yeni loqosunu təqdim edib
Far.Az xəbər saytı

"Şəfa" yeni loqosunu təqdim edib


"Şəfa" futbol klubu yeni loqosunu təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Bildirilib ki, "bir klub, bir şəhər, bir tarix və bir ailə" devizi ilə yaradılan loqo klubun keçmişini, indisini və gələcəyini birləşdirən güclü rəmzlərdən ibarətdir.

Loqonun əsas elementlərindən olan qala Bakının tarixi rəmzi İçərişəhəri əks etdirir. Ulduz 2000/2001 mövsümündə qazanılan Azərbaycan Kubokunun təcəssümüdür və gələcəyə inamı, işığı və mənəvi yüksəlişi simvollaşdırır.

Alov Azərbaycan Dövlət Gerbindən ilhamlanıb, Odlar Yurdunun tükənməz enerjisini, tərəqqi və inkişafı ifadə edir. 1998 isə klubun təsis ilidir. Rənglərə gəlincə, Xəzər dənizini əks etdirən mavi sarsılmaz güvən, peşəkarlıq, azadlıq və sakitlik rəmzidir. Ağ saflıq, təmizlik, ədalət və yeni başlanğıcların simvoludur.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İkonadan ilhamlanıb: Yeni Porsche Cayenne Coupe Electric
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər