Nərminə Həsənova: "Miniboss Business School"un layihələrinin sayı 80-i ötüb
Far.Az xəbər saytı

Nərminə Həsənova: "Miniboss Business School"un layihələrinin sayı 80-i ötüb


"Miniboss Business School" fəaliyyət göstərdiyi altı il ərzində 80-dən artıq layihə reallaşdırıb.

BAKU.WS xəbər verir ki, bunu "Miniboss Business School"un təsisçisi Nərminə Həsənova 6–17 yaşlı uşaq və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Milli Çempionatda çıxışı zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, builki çempionatda iştirakçılar tərəfindən ümumilikdə 20 startap layihəsi təqdim olunacaq. N.Həsənova bildirib ki, həmin layihələrin hamısı cəmi iki ay ərzində hazırlanıb.

"Qrant maliyyəsi ayrıldıqdan sonra irəli sürülən ideyalar qısa müddətdə real məhsula çevrilib. İlk dəfə olaraq təqdim edilən layihələrin təxminən 40 faizi Azərbaycanın milli irsini və mədəni dəyərlərini əks etdirir. Ən sevindirici məqam isə odur ki, bütün ideyalar uşaqların öz təşəbbüsü ilə formalaşıb", – deyə o vurğulayıb.

N.Həsənova qeyd edib ki, ölkədə keçirilən beynəlxalq tədbirlər də uşaqların yaradıcılıq potensialının inkişafına müsbət təsir göstərib. O əlavə edib ki, yaxın zamanda iştirakçıları Davosda təşkil olunacaq Dünya Çempionatı gözləyir.

"Azərbaycanı beynəlxalq arenada daha geniş tanıtmaq üçün fərqli və innovativ layihələrin sayı artmalıdır. Fəaliyyətə cəmi beş layihə ilə başlayan "Miniboss Business School"un bu gün 80-dən çox layihə ilə altıncı iş ilini başa vurması qürurvericidir", – deyə o bildirib.

Oxşar xəbərlər

MiniBoss Business School-da gənc startapçılar arasında Milli Çempionat keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər