Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri keçirilib.
"Far.Az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan turnirin təşkilində əsas məqsəd müxtəlif komandalarda çıxış edən istedadlı futbolçuların izlənilməsi və Elit layihəsinə cəlb olunması üçün seçim prosesinin aparılmasıdır.
2013-cü il təvəllüdlü futbolçulardan ibarət 19 komanda arasında keçirilən yarışın qalibi "Ağsu City" olub. 2014-cü il təvəllüdlü futbolçulardan ibarət 9 komandalı turnirdə isə "Xan" çempionluğu əldə edib.
Elit layihəsinin direktoru Mirbağır İsayev, skaut Ramiz Əhmədov, həmçinin AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndiriblər. Seçilən oyunçuların gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların Elit layihəsinə cəlb olunması istiqamətində müvafiq işlər davam etdiriləcək.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
İqtisadi durğunluq və inflyasiyanın artması Fransanı tənəzzülə aparır













