"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi bilinəcək
Far.Az xəbər saytı

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi bilinəcək


Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.

Püşkatmada "Neftçi"nin də rəqibi bilinəcək.

Həmçinin I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubu ilə oynayacaq "Zirə" də növbəti potensial rəqibini tanıyacaq. Bununla yanaşı, UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutacaq "Qarabağ" - "Vestri" duelinin məğlubunun hansı komanda ilə qarşılaşacağı bilinəcək.

II təsnifat mərhələsinin səpələnmişlər səbətində "Braqa" (Portuqaliya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "Rapid" (Avstriya), "Panatinaikos" (Yunanıstan), "Ludoqorets" (Bolqarıstan), FKSB (Rumıniya), "Rakuv" (Polşa), "Partizan" (Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Başakşəhər" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Kluj" (Rumıniya), HİK (Finlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Slovakiya), "Hradets-Kralove" (Çexiya), "Avstriya" (Avstriya), "Katovitse" (Polşa), "Vaduts" (Lixtenşteyn), "Norşellann" (Norveç), "Tobol" (Qazaxıstan), "Apollon" (Kipr), "Hibernian" (Şotlandiya), "Torshavn" (Farer adaları) və "Syon" (İsveçrə) klubları yer alıblar.

Daha 13 komanda ilk raundun nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər