DÇ-2026: Qana Panama ilə qarşılaşıb,  "Turan Tovuz"un futbolçusu ehtiyatda qalıb - YENİLƏNİB-3
Far.Az xəbər saytı

DÇ-2026: Qana Panama ilə qarşılaşıb, "Turan Tovuz"un futbolçusu ehtiyatda qalıb - YENİLƏNİB-3


Futbol üzrə dünya çempionatında Qana Panama millisi ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun I turunun matçında afrikalılar qələbə qazanıblar - 1:0.

Qolu 90+5 Kaleb Yirenki vurub.

"Turan Tovuz"un heyətində çıxış edən Panama yığmasının üzvü Roderik Miller bu matçda ehtiyatda qalıb.

34 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında oynayaraq dünya çempionatına dəvət alan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, L qrupunun digər oyununda İngiltərə Xorvatiya seçməsinə 4:2 hesabı ilə qalib gəlib.

Futbol üzrə dünya çempionatının Qana - Panama oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun I turunun matçında bərabərik davam edir - 0:0.

Qarşılaşmanı isveçli FIFA referisi Qlenn Nyüberq idarə edir.

Futbol üzrə dünya çempionatının Qana - Panama oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun I turunun matçında ilk hissədən sonra qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı isveçli FIFA referisi Qlenn Nyüberq idarə edir.

Futbol üzrə dünya çempionatının Qana - Panama oyunu başlayıb.

"Report"un məlumatına görə, L qrupunun I turunun matçı Toronto stadionunda keçirilir.

Qarşılaşmanı isveçli FIFA referisi Qlenn Nyüberq idarə edir.

Oxşar xəbərlər

"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər