Elnur Abdullayev: "Səbail"də tamamilə yeni kollektiv formalaşacaq"
Far.Az xəbər saytı

Elnur Abdullayev: "Səbail"də tamamilə yeni kollektiv formalaşacaq"


"Səbail"in 2026/2027 mövsümündə Azərbaycan I Liqasında əsas hədəfi çempionluq olacaq və heyəti tamamilə yenilənəcək.

Bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin yeni baş məşqçisi Elnur Abdullayev deyib.

Mütəxəssis klub rəhbərliyi ilə keçirilən görüşün detallarını bölüşüb:

"Rəhbərliklə bir araya gələrək planlar barədə danışdıq. Fikirlərimiz üst-üstə düşdü və mənə güvəndiklərini söylədilər. Qarşıya qoyulan hədəf çempionluqdur. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Düzdür, çətin olacaq, lakin bu vəziyyətin öhdəsindən gələcəyimizə inanıram".

E.Abdullayev heyətin tamamilə yenidən qurulacağını diqqətə çatdırıb:

"Heyət, demək olar ki, sıfırdan yığılacaq və tamamilə yeni bir kollektiv formalaşacaq. Komandaya həm təcrübəli, həm gənc, həm də legioner futbolçular cəlb edəcəyik. Göstərilən etimada görə klubun yeni rəhbərliyinə təşəkkür edirəm".

Qeyd edək ki, 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. E.Abdullayevin son iş yeri II Liqanın son çempionu "Şahdağ Qusar" komandası olub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər