Husam Hasan: "Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissəyə çıxmayın"
Misir millisinin baş məşqçisi Husam Hasan DÇ-2026-nın qrup mərhələsində baş tutan Yeni Zelandiya ilə matçın (3:1) fasiləsində futbolçulardan qətiyyətli olmalarını tələb edib.
"Far.Az"un məlumatına görə, mütəxəssis bunu oyundan sonra mətbuat konfransında deyib.
O, Məhəmməd Salahın çıxışına xüsusi toxunub:
"Fasilədə oyunçularıma dedim ki, qalib gəlməyə qətiyyətiniz yoxdursa və azarkeşlərin dəstəyindən qürur duyub özünüzə güvənməyəcəksinizsə, ikinci hissədə heç meydana çıxmayın. Salah meydanda çox ağır iş gördü. Mən onun təhlükəli tərəflərinə, bacarığına və keyfiyyətinə tam uyğun gələn mövqedə oynamasına icazə verən bəlkə də ilk məşqçiyəm. Onun üzərində çox işləmişik və gələcəkdə Salahdan daha çox şey görəcəyimizə əminəm. Bu nəslin öz gələcəyini formalaşdırmasını, yolunu təyin etməsini istədim. Biz həm yerli liqanın, həm də Afrika futbolunun səviyyəsini inkişaf etdirməyə davam etmək istəyirik".
Baş məşqçi azarkeşlərin sayəsində özlərini Misirdəki kimi hiss etdiklərini vurğulayıb:
"Stadion tamamilə dolu idi, sanki Qahirə stadionunda idik. Həm buraya gələn, həm də Misirdə ekran başında gecələyən bütün xalqımızın hisslərini paylaşıram".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Hasan Can Kaya evləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













