Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
Far.Az xəbər saytı

Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub


Xankəndi şəhərində yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçiləri Kotaro Sasaki və Asiman Allahverdiyev, həmçinin Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin eksperti Elçin Mayılovun rəhbərliyi ilə cüdo seminarı keçirilib.

"Report" xəbər verir ki, təlim zamanı iştirakçılara əyləncəli oyunlar vasitəsilə isinmə və koordinasiya hərəkətləri, eləcə də cüdonun əsas hazırlıq elementlərindən olan uçi-komi və naqe-komi üzrə çalışmalar etdirilib.

Seminarın texniki hissəsində ko-uçi-qari, o-uçi-qari və seoi-naqe fəndlərinin düzgün icra mexanizmi, giriş və tamamlanma mərhələləri izah olunub. İştirakçılar məşqçilərin nəzarəti altında bu texnikaları praktik olaraq tətbiq ediblər.

Seminarın əsas məqsədi uşaq və yeniyetmə cüdoçuların texniki bacarıqlarını təkmilləşdirmək, düzgün hərəkət vərdişlərinin formalaşdırılmasına dəstək olmaq və onların məşq prosesinə marağını artırmaq olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Xankəndidə Zəfər atəşfəşanlığı
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər