Marko Yankoviç "Qarabağ"dan ayrılır?
Türkiyə mediasında Superliqa təmsilçisi "Çorum"un "Qarabağ"ın futbolçusu Marko Yankoviçlə maraqlandığı və bununla bağlı danışıqlar apardığına dair xəbərlər yayılıb.
Far.Az Qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu ilə müqaviləsi olan Yankoviç yeni mövsümdə də "Qarabağ"da qalacaq.
*** 10:27
"Qarabağ"ı daha bir futbolçu tərk edib.
Far.Az Prosport.az-a istinadən xəbər verir ki, Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazanmış "Çorum"a transfer olunub.
Onunla "2+1" illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçunun "Qarabağ" və "Zirə" arasında keçirilmiş yoxlama oyununda (4:3) görünməməsi də bu səbəbdən olub. "Çorum" 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya görə "Qarabağ"a transfer məbləği də ödəyib.
Yeri gəlmişkən, "Çorum"da "Qarabağ"ın sabiq bosniyalı qapıçısı İbrahim Şehiç də çıxış edir.
Qeyd edək ki, Monteneqro millisinin üzvü olan, Serbiya vətəndaşlığı da olan Marko Yankoviç ötən mövsüm "Qarabağ"da 44 matça çıxıb və 5 qol, 4 assistlə yadda qalıb. O, 2022-ci ilin yayında İsrailin "Hapoel" (Təl-Əviv) klubundan "Qarabağ"a qoşulmuşdu. "Qarabağ" artıq bu mövqeyə portuqaliyalı mərkəz yarımmüdafiəçisi Samuel Lobatunu transfer edib.
Onu da bildirək ki, Leandro Andradenin də Ukraynanın "Polissye" klubuna transfer olunacağı gözlənilir. Həmçinin, Kamilo Duranı Şotlandiyanın "Seltik" klubunun istədiyi bildirilir.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













