Neslihan Atagül "Kara Sevda"nın senaristləri ilə qayıdır
Far.Az xəbər saytı

Neslihan Atagül "Kara Sevda"nın senaristləri ilə qayıdır


Analıq məzuniyyəti səbəbindən çəkilişlərə ara verən aktrisa Neslihan Atagül, yeni mövsümdə möhtəşəm bir qayıdışa imza atır.

BAKU.WS xəbər verir ki, o Türkiyənin nəhəng film şirkəti "Ay Yapım" ilə rəsmən müqavilə imzalayıb.

Adı "Kaderin Cilvesi" olan ekran işi, Neslihanın pərəstişkarlarını indidən həyəcanlandırmağa başlayıb.

Layihənin ən diqqətçəkən məqamı onun ssenari müəllifləridir.

Neslihan Atagül

Belə ki, serialı Neslihan Atagülün karyerasında silinməz iz qoyan və "Emmy" mükafatına layiq görülən əfsanəvi "Kara Sevda" serialının ssenaristləri Özlem Yılmaz və Anıl Eke qələmə alır.

Bu duet yenidən Atagül üçün dramatik və təsirli bir hekayə hazırlayır.

Hələlik hansı kanalda yayımlanacağı bəlli olmayan serialın ilkin süjet xətti artıq bəllidir.

Keçmişdə klubda işləyən bir qadının taleyinə meydan oxuması, çətinliklərə qarşı təkbaşına apardığı mübarizə və ayaqda qalma hekayəsindən bəhs edilir.

Serialın rejissorluğu üçün hazırda Nadim Güç ilə danışıqlar aparılır.

O, son olaraq yenə "Ay Yapım" imzalı "Kıskanmak" serialına rejissoru olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycanlı müğənnilər bu xarici ulduzlarla duet oxuyublar - SİYAHI
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
"Emmy" sahibləri açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər