Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR
Azərbaycanda oyuncaqların təhlükəsizliyinə dair yeni texniki reqlamentin tətbiqi istehlak bazarının təhlükəli məhsullardan qorunmasına və uşaqların hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" (TR 002/2026/AZ) 2027-ci il aprelin 7-dən qüvvəyə minəcək.
Agentlikdən bildirilib ki, Texniki Reqlamentin tətbiqi, ilk növbədə, ölkə ərazisində istehlak bazarının təhlükəli oyuncaqlardan qorunmasına kömək etməklə yanaşı, istehlakçıları çaşdıra biləcək hərəkətlərin qarşısının alınmasına və haqsız rəqabət hallarının aradan qaldırılmasına xidmət edəcək.
Qeyd olunub ki, Texniki Reqlament istehlakçıların, xüsusilə də uşaqların hüquqlarının və qanuni maraqlarının daha səmərəli qorunmasına, valideynlərin oyuncaqların təhlükəsizliyinə dair etimadının artırılmasına, habelə bazarda ədalətli rəqabət mühitinin daha da yaxşılaşdırılmasına töhfə verəcək:
"Yeni qaydalara əsasən, Texniki Reqlament qüvvəyə mindikdən sonra onun təhlükəsizlik tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadan oyuncaqların satışı qadağan ediləcək. Oyuncaqlar uyğunluq sertifikatı ilə təmin edildiyi halda, onların üzərinə "AZC" uyğunluq nişanı vurulacaq.
Oyuncaqların Texniki Reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatlar akkreditasiya edilmiş sertifikatlaşdırma qurumları tərəfindən veriləcək. Oyuncaqlara dair təqdim edilmiş uyğunluq sertifikatlarının reyestri isə Agentlik tərəfindən aparılacaq və ictimaiyyət üçün açıq olacaq.
Qanunvericiliyin tələblərinə əsasən, istehlak bazarında "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in tələblərinə uyğun olmayan və ya Texniki Reqlamentdə müəyyən edilmiş üsulla uyğunluğu qiymətləndirilməmiş oyuncaqlara qarşı nəzarət tədbirləri Agentlik tərəfindən aparılacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları açıqlanıb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













