Vüsalə Əlizadə: "Flora Kərimova Azərbaycan xalqının musiqi müəllimidir…"
Far.Az xəbər saytı

Vüsalə Əlizadə: "Flora Kərimova Azərbaycan xalqının musiqi müəllimidir…"


"Flora xanım, siz Azərbaycan musiqisi üçün böyük, əvəzsiz bir sərvət qoymusunuz. Bu gün hansısa bir gəncin, yeniyetmənin rəsmi müəllimi, pedaqoqu olmasanız da, onları bir sinif otağına toplayıb dərs keçməsəniz də, siz nəinki ifaçıların, bütün Azərbaycan xalqının musiqi müəllimi olmusunuz!"

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə öz verilişində Xalq artisti Flora Kərimovadan danışarkən deyib.

Aparıcı onu da qeyd edib ki, Flora Kərimova Azərbaycan musiqisinə və kinosuna böyük töhfələr verib:

"Flora xanımın dəsti-xəttində böyük, misilsiz bir zəhmət, tükənməz bir əziyyət var. Onun Azərbaycan musiqisinə, Azərbaycan kinosuna verdiyi töhfələr danılmazdır. Mümkünsüzdür ki, illər keçsin və bu ifalar, bu bənzərsiz dəsti-xətt unudulsun... Flora xanım, mən deyərdim ki, təkcə Azərbaycanın deyil, bütün dünyanın musiqi tarixinə adını həkk etmiş sənətkarlardandır. İnsanın necə belə sehrli bir səsi ola bilər?!"

Ətraflı videoda:

Oxşar xəbərlər

Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Vüsalə Əlizadədən Yeni il ab-havalı FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər