Bakıda daha bir yol sahəsi təmir olunub
Far.Az xəbər saytı

Bakıda daha bir yol sahəsi təmir olunub


Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.

"Far.Az" Agentliyə istinadən xəbər verir ki, bu çərçivədə Qara Qarayev prospektinin Cəmşid Naxçıvanski və Bəhruz Nuriyev küçələri arasında yerləşən köməkçi hissəsində təmir işləri icra olunub.

Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün frezlənməsi aparılaraq, normativ tələblərə uyğun yeni asfalt-beton örtüyü döşənib. Təmir olunan hissənin uzunluğu 500 metr, ümumi sahəsi isə 3 500 kvadratmetr təşkil edir.

Oxşar xəbərlər

FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə buraxılış mərasimi keçirilib
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasimi keçirilib
Lisey rəisi: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər