Pentaqon kosmosdan raket hücumlarını izləyən sistemləri maliyyələşdirəcək
Far.Az xəbər saytı

Pentaqon kosmosdan raket hücumlarını izləyən sistemləri maliyyələşdirəcək


ABŞ Müdafiə Nazirliyi Amentum Technology şirkəti ilə təxminən 572,3 milyon dollar dəyərində müqavilə imzalayıb.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Sənədə əsasən, müqavilə kompleks taktiki xəbərdarlıq, hücumların qiymətləndirilməsi və kosmik təminat proqramı çərçivəsində həyata keçiriləcək.

İşlərə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) raket hücumu barədə xəbərdarlıq sistemlərinə, həmçinin Kolorado ştatında Şayenn dağı üzərində yerləşən NORAD bunkerindəki köhnəlmiş kosmik komandanlıq və idarəetmə sistemlərinə texniki xidmət göstərilməsi daxildir.

Pentaqonun planına əsasən, işlərin 2033-cü ilin sentyabrında başa çatdırılması gözlənilir.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Gəncədə yanğın-taktiki təlim keçirilib
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər