Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb.
Far.Az "Bakupost"a istinadla xəbər verir ki, görüntülər yayıldıqdan sonra sürücünün kimliyi müəyyənləşdirilib və onunla bağlanmış əmək müqaviləsinə bu gündən xitam verilib.
"Çinar Trans" MMC-dən bildirilib ki, hadisə ilə bağlı digər sürücülərə əlavə təlimat verilib:
"Biz həmin görüntüləri görəndən sonra bütün sürücüləri təlimatlandırmışıq, lazımi tapşırıqlar vermişik ki, sürücü ilə sərnişin arasında heç bir mübahisə, kobud rəftar olmasın. Həmin sürücü ilə bağlı da iclas keçirdik. Onu bu gün işdən azad etdik".
Qeyd edək ki, mübahisəyə sürücünün avtobusa minən sərnişinlərə "Rədd olun, keçin arxaya" deməsi səbəb olub.
Oxşar xəbərlər
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Hykron Bakıda - Sürücülərə şad xəbər!
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir













