Zahid Cəfərov: Ermənistanın Qərbi azərbaycanlılara qarşı siyasəti soyqırımıdır
Ermənistanın Qərbi azərbaycanlılara qarşı bütün dövrlərdə həyata keçirdiyi siyasət soyqırımı kimi xarakterizə olunmalıdır.
"Far.Az" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin üzvü, QAİ Hüquq Komissiyasının sədri Zahid Cəfərov "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu siyasət milli zəmində və müəyyən bir xalqı məhv etmək niyyəti üzərində qurulmuşdu:
"Soyqırımı anlayışı geniş məzmuna malikdir və özündə həm mənəvi, həm də fiziki məhv etməni ehtiva edir. Burada xüsusilə nəzərə almaq lazımdır ki, mənəvi məhv etmə bir çox hallarda fiziki məhv etmədən daha təhlükəli nəticələrə səbəb ola bilər. Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən bu siyasət də müxtəlif dövrlərdə məhz milli zəmində aparılmışdır. Bu səbəbdən Qərbi Azərbaycana qayıdış bizim həm hüququmuz, həm də mənəvi haqqımızdır. Biz Qərbi Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağıq və buna əmin ola bilərsiniz".
YENİLƏNİR
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib













