Qurban Qurbanov: "Qarabağ" hələ optimal formasından uzaqdır"
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Qarabağ" hələ optimal formasından uzaqdır"


"Qarabağ" klubu optimal formasından uzaqdır.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Avstriyanın "Tirol" komandasına qarşı keçirilən yoxlama oyunundan sonra deyib.

"Köhlən atlar"ın mətbuat xidmətinə danışan mütəxəssis qələbə qazandıqları qarşılaşma barədə şərh verib:

"Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir.

Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidirlər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik".

Qeyd edək ki, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "Tirol" kollektivi ilə qarşılaşan "Qarabağ" rəqibini 4:0 hesabı ilə üstələyib. Azərbaycan klubunun heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər