Əraqçi İraqın Baş naziri və Prezidenti ilə görüşüb – YENİLƏNİB-2
İranın xarici işlər naziri Abbas Əraqçi İraqın Baş naziri Əli əl-Zeydi ilə görüşüb.
"Far.Az" xəbər verir ki, A. Əraqçi bu barədə "Telegram" kanalında məlumat yayıb.
Bununla yanaşı, Əraqçi İraqın Prezidenti Nizar Amidi ilə də görüş keçirib.
Hər iki görüşün gündəliyinin Əraqçinin iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında açıqlanan məsələləri əhatə etdiyi bildirilir. Təfərrüatlar hələ açıqlanmır.
ABŞ İsrailin Livana hücumlarını dayandırmağa və atəşkəsi təmin etməyə borcludur.
"Far.Az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
"Anlaşma memorandumunun birinci bəndinə əsasən, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibə tamamilə dayandırılmalıdır", - o xatırladıb.
Əraqçi İsralin Livana hücumlarının davam etdiyini təəssüflə qabardıb: "Bununla belə, memorandumda qəbul edilmiş öhdəliklərə əsasən, bu təcavüzlərin dayandırılması, atəşkəsin bərqərar olması və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması üçün birbaşa məsuliyyət ABŞ hökumətinin üzərinə düşür".
Bundan başqa, o, F. Hüseynin Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurasının üzvləri, İran və İraq arasında səkkiztərəfli danışıqların keçirilməsi təklifini alqışlayıb və bu məsələdə Bağdadla əməkdaşlığa hazır olduqlarını bəyan edib.
İran üçün İraqla münasibətlərin genişləndirilməsi hər zaman prioritet olacaq.
"Far.Az" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"Biz xarici işlər nazirinin müşayiəti ilə Bağdada gəldik və qələbə liderlərini salamladıqdan sonra iraqlı qardaşlarla, o cümlədən respublika Prezidenti, Baş nazir və xarici işlər naziri ilə görüşlər keçirəcəyik", - o bildirib.
Qeyd edək ki, İran ilə İraq XİN rəhbərləri Abbas Əraqçi və Fuad Hüseyn görüşüb. Müzakirə mövzuları hələ açıqlanmayıb.
سلامٌ على العراق العظیم والشقيق
— Esmaeil Baqaei (@IRIMFA_SPOX) June 28, 2026
وصلنا إلى بغداد برفقة معالي وزير الشؤون الخارجية، وبعد أداء التحية لقادة النصر، سنعقد لقاءات مع الأشقاء العراقيين، بمن فيهم فخامة رئيس الجمهورية ودولة رئيس مجلس الوزراء ومعالي وزير الخارجية.
إن تطوير العلاقات مع العراق، الذي تجمعنا به روابط…
Oxşar xəbərlər
Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













