Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
Far.Az xəbər saytı

Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi


Paytaxtın Suraxanı rayonu ərazisində - Heydər Əliyev prospektinin "Buta Palace"ın qarşısından keçən hissəsində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə sürücü 1999-cu il təvəllüdlü Fərid Məmmədova (soyadlar şərtidir) hökm oxunub.

Araşdırmalarla məlum olub ki, hadisə günü Fərid dostu Kənan və onun nişanlısı Türkanı Binə qəsəbəsinə aparıb. Onlar geri qayıdarkən Fəridin idarə etdiyi "Kia Forte" markalı avtomobil "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə, 18 yaşlı Türkan aldığı xəsarətlərdən həlak olub.

Məhkəmədə mərhumun anası Fəriddən şikayətçi olduğunu bildirib. O, dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb edib.

Məhkəmənin hökmü ilə Fərid 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Məhkəmə mərhumun anasına 20 min manat təzminatın təqsirləndirilən şəxsdən tutularaq ödənilməsi ilə bağlı da qərar qəbul edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər