Qustavo Alfaro: "Paraqvay millisi əziyyət çəkmədən heç nəyə nail ola bilmir"
Paraqvay millisi əziyyət çəkmədən heç nəyə nail ola bilmir.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Qustavo Alfaro Almaniyaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri oyunu şərh edib:
"Futbolçularım sona qədər əzmlə mübarizə apardılar. Ləğv edilən qol epizodu da qeyri-müəyyənlik yaratmışdı. Həmin vəziyyətdə Orlando cərimə meydançasına göndərilən topu qarşılamaq üçün çıxmaq istəyərkən ona mane oldular. Xüsusilə də alman futbolçuların boy üstünlüyünü nəzərə alsaq, bu, çox vacib məqam idi. Xoşbəxtlikdən komandamız bu çətinliyin öhdəsindən gəldi.
Bizdə hər şey həmişə belə olur. Əziyyət çəkmədən heç nəyə nail ola bilmirik. Penaltilər seriyasında iki zərbə fərqi ilə üstün idik və elə bilirdik ki, artıq qalib gəlmişik. Amma qalibi müəyyənləşdirmək üçün altıncı penalti zərbəsinə qədər gözləməli olduq".
Qeyd edək ki, Almaniya - Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Paraqvay 1/8 finala yüksəlib.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro: "Karyeramın ən yaxşı günlərindən birini yaşadım"
DÇ-2026: Paraqvay Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb – YENİLƏNİB-8
Qustavo Alfaro: "Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub













