Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıt Cüdo Təlim Mərkəzində region məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçirilir.
ACF-dən "Report"a verilən məlumata görə, proqramın əsas məqsədi məşqçilərin nəzəri və praktiki biliklərini yeniləmək, müasir məşq metodları, yarış qaydaları və idmançı hazırlığının müxtəlif istiqamətləri üzrə peşəkar bacarıqlarını təkmilləşdirməkdir.
Təlimlər çərçivəsində kumikata, osaekomi, şime-vaza, taçi-vazadan ne-vazaya keçidlər, tatami üzərində xüsusi fiziki hazırlıq və rəqibə qarşı taktikanın qurulması kimi texniki-praktiki mövzular əhatə olunur. Bununla yanaşı, məşqçilər yeni hakimlik qaydaları, "Judo Manager" sistemi və fiziki hazırlıq üzrə biliklərini də artırırlar.
Proqram yalnız tatami üzərində hazırlıqla məhdudlaşmır. İştirakçılar üçün yeniyetmələrlə düzgün psixoloji yanaşma, sosial şəbəkələrin idarə olunması və media ilə ünsiyyət mövzularında da təlimlər nəzərdə tutulub.
Altı günlük proqramın sonunda iştirakçıların bilik və bacarıqları qiymətləndiriləcək, kursu uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim olunacaq
Oxşar xəbərlər
20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb













