Qustavo Alfaro: "Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir"
Far.Az xəbər saytı

Qustavo Alfaro: "Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir"


Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir.

"Far.Az"un xarici mediaya istinadən məlumatına görə, bunu Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2026-nın qrup mərhələsinin III turunda Avstraliya ilə heç-heçə (0:0) bitən matçdan sonra deyib.

Mütəxəssis realist davranmalı olduqlarını vurğulayıb:

"Bu, hədəflədiyimiz nəticə olmasa da, realist davranmalıydıq. Onlar çox güclüdürlər, fiziki üstünlüyə və boy üstünlüyünə malikdirlər, boşluqlardan necə istifadə edəcəklərini yaxşı bilirlər. Avstraliya komandası cinahlardan da hücum etməyi bacarır və çox keyfiyyətli futbolçulara sahibdir. Qələbə qazanmaq, tarixə düşmək və dünya çempionatında ard-arda 2 oyunda qalib gələn ilk Paraqvay komandası olmaq istəyirdik. Rəqibi geriyə çəkilməyə məcbur edəcək boşluqları tapmaq bizim üçün çətin oldu. Avstraliya fiziki güc, intizam və sürətin vəhdətinə malikdir. Belə sistemləri qırmaq üçün çox intizamlı, dəqiq və sürətli olmaq lazımdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər