Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib
Avropa İttifaqı (Aİ) və Kanada iqtisadi inteqrasiyanı dərinləşdirmək, təhlükəsizliyi möhkəmləndirmək və strateji sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəliblər.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Monrealda keçirilən 21-ci Aİ-Kanada sammitinin yekunlarına dair birgə bəyannamədə bildirilib.
Sənədə əsasən, tərəflər ümumi iqtisadi rifah və təhlükəsizlik məkanı formalaşdırmaq, təchizat zəncirlərinin dayanıqlığını artırmaq, strateji resurs və texnologiyalar üzrə xarici asılılığı azaltmaq niyyətindədirlər.
Xüsusilə, Aİ və Kanada Kanadanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropaya ixrac perspektivlərini araşdırmaq üçün birgə uzunmüddətli tədqiqat aparmaq, eləcə də Avropa investisiyalarının Kanadada kritik əhəmiyyətli xammalın hasilatı və emalı layihələrinə cəlb edilməsini dəstəkləmək barədə razılığa gəliblər.
Müdafiə sahəsində tərəflər təhlükəsizlik və müdafiə tərəfdaşlığı haqqında sazişin icrasını sürətləndirmək, hibrid təhdidlərə, kiberhücumlara və xarici informasiya müdaxilələrinə qarşı mübarizədə əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər.
Bundan başqa, Aİ və Kanada Ukraynaya hərbi, maliyyə, iqtisadi və humanitar dəstəyi davam etdirmək, Rusiyaya qarşı təzyiqləri artırmaq niyyətində olduqlarını bəyan ediblər.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib













