Yulian Naqelsman: "Oyunun taleyini penaltilərə qalmadan həll etməli idik"
Almaniya - Paraqvay matçının taleyi penaltilərə qalmadan həll olunmalı idi.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Yulian Naqelsman Paraqvaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları oyunu şərh edib:
"Soyunub-geyinmə otağında böyük məyusluq hökm sürür. Təəssüf ki, futbolda belə hallar yaşanır. Görürük ki, bəzi komandalar sadə üsullarla da qalib gələ bilir. Belə vəziyyətlərdə həmin üsullara qarşı oyunun sonuna qədər diqqətlə müdafiə olunmalısan. Rəqibi geri çəkilməyə və müdafiə olunmağa məcbur etməkdə gecikdik. Topu cərimə meydançasına daha tez-tez göndərə bilərdik. Oyunun taleyini penaltilərə qalmadan həll etməli idik. Hücumlarımızı qurarkən top dövriyyəmiz həddindən artıq ləng idi".
Qeyd edək ki, Almaniya - Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Paraqvay 1/8 finala yüksəlib.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
DÇ-2026: Paraqvay Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb – YENİLƏNİB-8
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir













