Azərbaycanda gələn il güzəşt və azadolmaların ümumi məbləği açıqlanıb
2027-ci ildə Azərbaycanda güzəşt və azadolmaların ümumi məbləği 7,6 milyard manat olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu, gələn il gözlənilən umumi daxili məhsulun (ÜDM) dəyərinin 5,4 %-i qədərdir: "Bu, 2026-cı ilin sonuna gözlənilən güzəşt və azadolmaların məbləği ilə müqayisədə 630 milyon manat və yaxud 0,4 faiz bəndi çoxdur. Müqayisə üçün Gürcüstanda güzəştlər ÜDM-in 4,6 %-i, Türkiyədə 4,5 %-i, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində 4,7 %-i qədərdir".
"Büdcə gəlirlərini təmin edən orqanlar üzrə dekompozisiya apardıqda, gələn il vergi daxilolmaları üzrə 4,2 milyard manat və yaxud cari illə müqayisədə 9 % çox, idxal əməliyyatları üzrə 3,4 milyard manat və yaxud cari illə müqayisədə 11% çox güzəşt və azadolma olacaq. İqtisadi sektorlar üzrə bölgüyə gəldikdə, neft-qaz sektoru üzrə 436 milyon manat, qeyri-neft-qaz sektoru üzrə 7,1 milyard manat güzəşt və azadolma nəzərdə tutulur. Hər 2 komponentdə cari illə müqayisədə 9% artım gözlənilir. Nəhayət 7,6 milyard manatın 4,4 milyard manatı "güzəşt", 3.2 milyard manatı "azadolma" meyarına uyğun gəlir", - deyə vergi rəsmisi əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş
-
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
-
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər













