Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən H.Əliyev adına Neft Emalı Zavodunun "Müvəqqəti Modernizasiya Lahiyələndirmə" ofis binasında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı Müvəqqəti Modernizasiya Lahiyələndirmə ofis binasında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatını yerinə yetiriblər.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 9 texnika və 48 nəfər şəxsi heyəti cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son oxunuşda qəbul edilib
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
-
Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi - CƏZA













