AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb
Far.Az xəbər saytı

AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb


Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenarisinə görə, ölkədə inflyasiya göstəricisinin 2026-cı ilin yekununda 6,1 %, 2027-ci ilin sonunda isə 5,8 % olacağı gözlənilir.

Far.Az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Global Finance" jurnalına müsahibəsində bildirib.

T.Kazımov qeyd edib ki, əsas məqsəd qiymət sabitliyinin təmin olunmasıdır: "Təklif baxımından yuxarı istiqamətli risklər mövcud olsa da, hər iki göstərici müəyyən edilmiş dəhliz çərçivəsindədir. Başlıca vəzifə hədəfi dəyişmək yox, məzənnə stabilliyini əsas, banklararası dərəcələri isə daxili inflyasiya üzrə yardımçı lövbər olaraq saxlamaqla faiz dərəcəsi transmissiyasının təsirini artırmaq və daha da dərinləşdirməkdir".

Oxşar xəbərlər

AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu sabit saxlayıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz"
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Mart ayında hava iqlim normasından yüksək olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər