Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi"
Suraxanıda ev sahibi ilə kirayəçi arasında mübahisə yaşanıb.
Far.Az Baku TV-yə istinadla xəbər verir ki, Kifayət Çobanovanın sözlərinə görə, o, 2016-cı ildə müqavilə əsasında kirayə tutduğu evin sahibi ilə sonradan şifahi razılığa gəlib. Razılaşmaya əsasən, qadın hissə-hissə 25 min manat ödəməklə evi almağı planlaşdırıb. O bu məbləğin 15-16 min manatını ödədiyini və ödənişlərin bank kartında qeydə alındığını iddia edir.
Kifayət Çobanova bildirib ki, 2022-ci ildə baş verən yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. Onun sözlərinə görə, evi öz vəsaiti hesabına yenidən tikdirib və bu müddət ərzində kommunal xərcləri də özü ödəyib.
Qadın iddia edir ki, ev sahibi qohumları ilə birlikdə evə gələrək ondan evi boşaltmağı tələb edib, pəncərələri sındırıb və əşyalarını dağıdıb.
"Beş qadın mənə hücum çəkdi. Qışqırdım ki, içəridə körpə uşaq yatır. Amma məni dinləmədilər. Pəncərəni sındırıb evə girdilər. Evdə nə var idisə, hamısını dağıtmağa başladılar", - deyə Kifayət Çobanova bildirib.
O, məsələni məhkəmə yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.
Qanunvericiliyə əsasən, müvafiq sənədləri olmayan tikililər özbaşına tikili hesab olunur və tərəflər həmin əmlak üzərində mülkiyyət hüququna sahib ola bilməzlər.
Vəkil Elvin Məhərrəmovun sözlərinə görə, tikilinin sənədləri qaydasındadırsa, onun sahibi qanunla müəyyən edilmiş hüquqlara malik olur. Belə tikilini sökərək yerində başqa tikili inşa edən şəxs əvvəlki sahib qarşısında məsuliyyət daşıyır. Tərəflər mülkiyyət və digər hüquqları ilə bağlı mübahisələri məhkəmə qaydasında həll edə bilərlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb













