Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ
Bakıda bibisinin qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəməsi keçirilib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nailə Səlimova ifadə verərək bildirib ki, o təqsirləndirilənin bibisinin qızıdır. Qətlə yetirilən Elşad Baxışovu isə yaxından tanısa da, onunla hər hansı bir yaxınlığı olmayıb. Kamalın həm ona, həm də Elşad Baxışova qarşı törətdiyi cinayət isə qısqanclıqdan olub və əbəs yerə törədilib.
Buna görə də zərərçəkən təqsirləndirilənlə barışmadığını bildirərək ondan şikayətçi olduğunu deyib.
Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsində hadisə yerində qeydə alınmış videogörüntülər nümayiş etdirilib.
Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.
Vaxt məhdudiyyətindən çıxışlar üçün proses iyulun 1-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2025-ci ilin aprelində Bakının Zığ qəsəbəsində baş verib.
Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisinin qızı Nailə Səlimovaya çox sayda bıçaq zərbəsi endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxsıyev daha sonra əmisinin nəvəsi Elsad Baxışovu Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib.
Kamal Baxşıyev barəsində Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1,29,120.2.2, 29.120.2.7-ci maddələri ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













