Polşada terror aktında ölənlərin sayı 6-ya çatıb, 15 nəfər yaralanıb - Yenilənib-2
Far.Az xəbər saytı

Polşada terror aktında ölənlərin sayı 6-ya çatıb, 15 nəfər yaralanıb - Yenilənib-2


Polşada Krakov meydanında baş verən atışma nəticəsində ölənlərin sayı 6-ya yüksəlib, 15 nəfər xəsarət alıb.

"Report" RMF24-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının son məlumatlarında bildirilib.

Qeyd olunub ki, hücum edən şəxs avtomobilindən təsadüfi insanlara atəş açıb. O, polislə atışma zamanı yaralanaraq xəstəxanaya çatdırılıb. Hadisə zamanı iki polis əməkdaşı da yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Kiçik Polşa voyevodalığının rəhbəri Yan Klençar bildirib ki, yaralanan 15 nəfərdən 12-sinin vəziyyəti ağırdır.

Polşanın Baş naziri Donald Tusk isə atışmanı terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hücum edən 25 yaşlı şəxs Polşa vətəndaşıdır. O, kamuflyaj geyimində olub və AR-15 tipli hərbi tüfəngdən atəş açıb. Hadisə yerindən qaçmağa cəhd edərkən onun avtomobili başqa nəqliyyat vasitəsi ilə toqquşub.

Polşanın Krakov şəhərinin mərkəzi bazar meydanında baş verən silahlı insident nəticəsində ölənlərin sayı beş nəfərə yüksəlib, 10-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Malopolska vilayətinin polisi yerli mediaya məlumat verib.

Polisin açıqlamasında bildirilir ki, hücum edən şəxs polis əməkdaşlarının açdığı atəş nəticəsində yaralanıb və hazırda xəstəxanaya aparılır.

Hadisə yerində təcili yardım və digər operativ xidmətlərin əməkdaşları fəaliyyətlərini davam etdirirlər.

Polşanın Krakov şəhərinin əsas bazar meydanında baş verən atışma nəticəsində iki nəfər ölüb, iki polis əməkdaşı da daxil olmaqla 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Qeyd olunub ki, hadisə axşam saatlarına yaxın baş verib. Naməlum şəxs avtomobillə şəhərin əsas bazar meydanı istiqamətində hərəkət edərkən yoldan keçən insanlara nizamsız şəkildə atəş açmağa başlayıb.

Hadisə yerində xilasetmə əməliyyatı aparılır. Əraziyə tibbi helikopter də cəlb olunub. Atışma nəticəsində mağazalardan birinə və tramvaya da ziyan dəyib.

Polşanın Baş naziri Donald Tusk hadisəyə münasibət bildirib. O, "X" sosial şəbəkəsində daxili işlər nazirinin Krakovdakı vəziyyətlə bağlı onu məlumatlandırdığını qeyd edib.

"Daxili işlər naziri faciəvi atışmadan sonra Krakovdakı vəziyyət barədə məni məlumatlandırır. Polis hücumun bütün hallarını araşdırır", – Tusk yazıb.

Oxşar xəbərlər

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər