Stole Solbakken: "Norveç millisi dünya çempionatı yolunda çox əziyyət çəkib"
Far.Az xəbər saytı

Stole Solbakken: "Norveç millisi dünya çempionatı yolunda çox əziyyət çəkib"


Futbol üzrə Norveç millisi dünya çempionatı yolunda çox əziyyət çəkib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Stole Solbakken Fildişi Sahili komandasına qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis tarixi qələbədən sonra matçın son dəqiqələrində böyük emosional gərginlik yaşadığını, komandanın uğurunu isə bütün kollektivin zəhmətinin nəticəsi kimi qiymətləndirdiyini bildirib:

"Matçın sonlarına yaxın həm psixoloji, həm də emosional baxımdan böyük təzyiq hiss edirdim. Bu, mənimlə bağlı deyil. Söhbət futbolçulardan, məşqçilər korpusundan və uzun müddətdir bu komanda üçün çalışan hər kəsdən gedir. Onların həm çəkdiyi əziyyəti, həm də yaşadığı sevinci görəndə istər-istəməz duyğulanırsan. Dünya çempionatı yolunda həqiqətən çox əziyyət çəkmişik.

Oyundan sonra ilk olaraq ailəmin yanına getdim. Onların da nələr hiss etdiyini yaxşı bilirəm. Hələlik Braziliya ilə oyun barədə heç düşünməmişəm".

Qeyd edək ki, Fildişi Sahili seçməsinə 2:1 hesabı ilə qalib gələn Norveç 1/8 finala yüksəlib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər